AZ

İmişlidə kanalda batan şəxsin meyiti tapılıb

Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bir neçə gün əvvəl kanalda boğulduğu ehtimal olunan Nurəddin Məmmədovun meyiti aparılan axtarışlar nəticəsində kanalının İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində aşkarlanıb.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
6
sia.az

10Mənbələr