AZ

Türkiyənin Antalya Hava Limanı sərnişin axınını artırmaq üçün genişlənir

Asiya İnkişaf Bankı (AİB) Türkiyənin cənubunda Antalya Hava Limanının genişləndirilməsi layihəsi üçün ətraf mühit və sosial araşdırma hesabatının layihəsini dərc edib.

Trend bu barədə AİB-na istinadən xəbər verir.

Sənədə əsasən, layihənin birinci mərhələsinə yeni anqar sahələrinin, apron və taksi yollarının tikintisi, terminalların və çirkab su təmizləyici qurğuların genişləndirilməsi, mövcud yanacaq anbarının sökülməsi daxildir. İşlər başa çatdıqdan sonra ümumi inkişaf sahəsi təxminən 1,38 milyon kvadratmetr olacaq. Ərazinin böyük hissəsi Türkiyə Dövlət Hava Limanları Baş Müdirliyinə (DHMİ) məxsusdur, lakin anqarların tikintisi (116,1 hektar) xüsusi mülkiyyətçilərdən torpaq alınmasını tələb edirdi.

 

Qeyd edilir ki, layihə hava nəqliyyatına artan tələbatın ödənilməsinə və hava limanının əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş böyük infrastruktur təşəbbüsüdür. Onun əsas məqsədi 2040-cı ilə qədər hava limanının illik tutumunu 35 milyondan 80 milyondan çox sərnişinə çatdırmaqdır.

Məlumata görə, hava limanının genişləndirilməsinə yeni terminalların tikintisi, mövcud qurğuların modernləşdirilməsi, həmçinin yerüstü və aerodrom infrastrukturunun yenilənməsi daxildir. Layihənin həyata keçirilməsi hava limanında mövcud sıxlığı aradan qaldıracaq və turizm, ticarət və regional əlaqənin inkişafı ilə bağlı gələcək tələbatı ödəyəcək.

Seçilən
9
6
day.az

7Mənbələr