“Neftçi” ABŞ-li basketbolçusunun müqavilə müddətini yeniləyib.


Rekord.az xəbər verir ki, "ağ-qaralar" Edvard Polaytla yenidən 1 illik müddətə anlaşıblar.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Qeyd edək ki, 28 yaşlı oyunçu ötən mövsüm də Bakı təmsilçisinin heyətində çıxış edib.