AZ

Məşhur reperlə bağlı istintaq başladıldı

Türkiyəli reper BLOK3 (Hakan Aydın) konsertlərinə helikopterlə getməsi və geniş mühafizəçi heyəti ilə gündəmə gəlmişdi. İndi isə o, daha ciddi ittihamlarla üz-üzədir.

Milli.Az xəbər verir ki, İstanbul Baş Prokurorluğu reperə qarşı bir neçə ağır cinayət maddəsi üzrə araşdırmaya başlayıb. Onun barəsində qəsdən xəsarət yetirmə, hədə-qorxu, soyğunçuluq, qanunsuz azadlıqdan məhrum etmə, şantaj, təhqir və cinayət təşkilatı qurmaq kimi ittihamlar irəli sürülüb.

İttihamların gündəmə gəlməsinə səbəb isə "Organizaction Event & Management" şirkətinin rəhbəri Ferhat Karagözün şikayəti olub. O, Hakan Aydının ona fiziki təzyiq göstərdiyini və təhdid etdiyini bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Asya
Milli.Az

Seçilən
22
50
milli.az

10Mənbələr