Ayna saytından alınan məlumata görə, ain.az bildirir.
"Liderlər Moldovanın təhlükəsizliyi, suverenliyi və Avropa yoluna tam dəstəyini bir daha təsdiq edəcəklər"
Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın Baş naziri Donald Tusk avqustun 27-də Moldovaya səfər edəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” Yelisey sarayına istinadən məlumat yayıb.
Qeyd olunub ki, səfər Moldovanın Avrointeqrasiya yolunda ölkə ilə həmrəyliyini ifadə etmək üçün Müstəqillik Gününə təsadüf edəcək.
"Liderlər Moldovanın təhlükəsizliyi, suverenliyi və Avropa yoluna tam dəstəyini bir daha təsdiq edəcəklər", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Moldova 2022-ci il martın 3-də Aİ-yə üzv olmaq üçün müraciət edib və 23 iyun 2022-ci ildə namizəd statusu alıb. Aİ onunla üzvlük danışıqlarını 25 iyun 2024-cü ildə rəsmən açıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.