AZ

Müstəqil Azərbaycan gəncliyi “Yay Fest”də birləşdilər (FOTO)

Bakı.Trend:

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şamaxıda təbiətqoynunda təşkil olunan Azərbaycanın ən böyük gənclər festivalı “YayFest” çərçivəsində 18-22 avqust tarixlərində keçirilən “Müstəqilliktarixi” düşərgəsi müvəffəqiyyətlə başa çatıb. Bu həftə dərespublikanın müxtəlif regionlarından olan 250 gənc beş gün boyuncabir araya gələrək unudulmaz düşərgə təcrübəsi yaşayıblar.Düşərgənin əsas məqsədi gənclərə Azərbaycan xalqının müstəqillik vəədalət uğrunda apardığı mübarizənin qəhrəmanlıq səhifəsini dərindənöyrətmək, onlarda vətənpərvərlik və dövlətçilik prinsiplərinəsadiqliyi aşılamaq, həmçinin gələcəyin liderləri kimiformalaşmaları üçün zəruri bilik və bacarıqlarını artırmaqdanibarət olub.

Çadır formatında təşkil edilən düşərgənin proqramındadövlətimizin müstəqillik tarixinin gənclərə aşılanması və millidövlətçilik dəyərlərinə bağlı gəncliyin yetişdirilməsi məqsədiləgörüş, interaktiv fəaliyyətlər, motivasiyaedici sessiyalar vəkomanda oyunları həyata keçirilib. Təşkil olunan bütün fəaliyyətləriştirakçı gənclərə ən böyük sərvətimiz olan müstəqilliyimizinqorunması və ölkəmizin inkişafında onların vətənpərvərliyinin,istedad və təşəbbüslərinin əvəzsiz rol oynadığını və ölkəmizingələcəyinə birbaşa təsir etdiyini aşılayıb.

Düşərgə müddətində 20 Yanvar hadisələrinin canlı şahidi olmuşfotomüxbir Rasim Sadıxovla baş tutan “Tarixin kadrlarında” görüşügənclərə müstəqilliyə gedən yolda yaşanan tarixi hadisələrinmahiyyətini və milli azadlıq uğrunda göstərilən fədakarlığınəhəmiyyətini daha dərindən hiss etdirib. İştirakçılar nadirfotoşəkillər və şəxsi müşahidələr vasitəsilə Azərbaycanınmüstəqillik və suverenlik tarixini dərindən öyrənmək imkanı əldəediblər.

Bununla yanaşı, “Texnoloji inkişaf: Sərhədsiz potensial” və“Beynin sirləri” panel görüşləri, interaktiv fəaliyyətlər - yoqadərsləri, mini kətan üzərində rəsm master-klassı, airsoft təlimi,intellektual oyun, karate idman növü üzrə master-klass gənclərinşəxsi və peşəkar inkişafını dəstəkləmək, yaradıcılıqlarını artırmaqvə motivasiya ruhunu gücləndirmək məqsədi daşıyıb. Eyni zamanda,düşərgə zamanı fləşmob keçirilərək iştirakçılar tərəfindən sülhünrəmzi olan göyərçin simvolu canlandırılıb.

Hər günün yekununda təşkil edilən konsert proqramı, musiqilimüsabiqələr və ocaq ətrafında səmimi söhbətlər gənclər üçün şiringənclik xatirəsinə çevrilib.

29 avqust tarixinədək davam edəcək “Yay Fest 2025” çərçivəsindəümumilikdə 2000-dən artıq gəncin iştirakı ilə “Milli-mənəvidəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”,“Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya”mövzularında ardıcıl 8 düşərgə təşkil olunacaq.

Gənclər üçün ənənə halını alan və beçinci dəfədir ki, təşkiledilən Yay Fest Azərbaycan Respublikasının Gənclər Fondunundəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə GənclərTəşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı,“CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinintəşkilatçılığı ilə həyata keçirilir.

Festivalın dinamik proqramına dair ən son yenilikləri və maraqlıməqamları izləmək üçün “Yay Fest”in instaqram səhifəsini (www.instagram.com/yayfest.az/)izləyə bilərsiniz.

Müstəqil
Müstəqil
Müstəqil
Müstəqil
Müstəqil
Müstəqil
Müstəqil
Müstəqil
Müstəqil
Müstəqil
Müstəqil
Müstəqil
Məqalədə:
Seçilən
39
7
az.trend.az

10Mənbələr