AZ

ABŞ-ın bu ölkədəki hərbi bazalarının əsas hədəfi: Terror təşkilatı ilə ortaqlıq və...

Suriya ərazisində yerləşən ABŞ hərbi bazaları Yaxın Şərqdəki geosiyasi mübarizənin mərkəzində dayanır. Əl-Tanfdan başlayaraq Həsəkə, Rəqqə və Deyr əz-Zora qədər uzanan bu bazalar, Vaşinqtonun bölgədəki strateji maraqlarına xidmət edir. Bəs ABŞ-ın bölgədə gücünü artırmasının əsl səbəbi nədir?

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın bölgədəki əməliyyatları İŞİD ilə mübarizə məqsədilə başlayıb.

Lakin zaman keçdikcə bu əməliyyatlar regional güc balansını dəyişdirən, siyasi və iqtisadi təsirləri olan strateji bir alətə çevrilib.

Əl-Tanf bazası ABŞ-ın Suriyadakı ən kritik hərbi aktivlərindən biri kimi seçilir. İordaniya, İraq və Suriya sərhədlərinin kəsişməsində yerləşən bu baza regiondakı geosiyasi tarazlığa dərindən təsir edir. Ekspertlərin fikrincə, Əl-Tanf bazası İranın Suriya üzərindən Livana uzanan təchizat yollarını kəsmək planının əsasını təşkil edir.

Təhlükəsizlik zonası olaraq təyin olunan bu ərazi ABŞ-a bölgədəki müttəfiqlərinə maddi-texniki, təlim və kəşfiyyat dəstəyi göstərməyə imkan verir. Həmçinin, İranın dəstəklədiyi qüvvələrin bölgəyə keçməsinin qarşısını almaq üçün mühüm maneə rolunu oynayır. Bu, ABŞ və müttəfiqlərinin bölgədəki təsirini artırır, eyni zamanda Suriyanın suverenliyini təsirli şəkildə parçalayır. Həmçinin, analitiklər ABŞ-ın bunu “David Dəhlizi” layihəsinin bir hissəsi kimi qəbul etdiyini bildirirlər.

Eyni zamanda Həsəkə, Rəqqə, Deyr əz-Zor və Təbqa kimi şəhərlərdə də yerləşən bazalar əsasən SDQ terror təşkilatı ilə ortaqlıq üçün istifadə olunur. Bildirilir ki, Suriyanın şərqindəki ərazilər bölgə üçün həm iqtisadi, həm də strateji əhəmiyyət kəsb edir.

ABŞ-ın Suriyadakı hərbi mövcudluğu sabit bazalarla məhdudlaşmır. Türkiyə sərhədinə yaxın şimal-şərq bölgələrində yaradılmış kiçik müşahidə məntəqələri və patrul bölgələri də mühüm rol oynayır.

Analitiklər qeyd edir ki, bu bazalar eyni zamanda İsrailin təhlükəsizliyini təmin etmək və enerji resurslarını nəzarətdə saxlamaq kimi daha geniş məqsədlərə yönəlib.

Publika.az

Seçilən
13
2
hurriyyet.az

3Mənbələr