AZ

NATO Baş katibi Ukraynada Zelenski ilə görüşüb

NATO Baş katibi Mark Rutte Ukraynaya səfər edib.
APA xəbər verir ki. Ukrayna prezidenti Volodimir Zelenski özünün Rutte ilə görüşü barədə özünün “X” hesabında məlumat verib.

“Bu gün NATO Baş katibi Mark Rutte ilə görüşdə Ukraynanın və Avropanın təhlükəsizliyini gücləndirmək, eləcə də müharibənin sonlandırılması üçün növbəti addımlar barədə müzakirələr apardıq” Zelenski qeyd edib.

Onun sözlərinə görə, ABŞ silahlarının alınması üçün Avropa ölkələri artıq Ukraynaya 1.5 milyard dollar veriblər.
Seçilən
13
10
sherg.az

10Mənbələr