AZ

Bakının daha bir küçəsinin piyadalaşdırılmasına başlanılır

Bakı. Trend:

Bakı şəhərinin iki geniş piyada zonası olan Fəvvarələr meydanıvə Qış parkının optimal şəkildə birləşdirilməsi imkanları təhlilolunub və layihə hazırlanıb. Yaxın günlərdə şəhər sakinləri vəqonaqların ən çox üz tutduğu məkanlardan biri olan İslam Səfərliküçəsi ilə bağlı mütəxəssislər tərəfindən dünya təcrübəsinəəsaslanan layihənin icrasına başlanılacaq.

Bu barədə Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinəistinadən xəbər verir.

"Xatırladaq ki, XIX və XX əsrlərə aid tarixi tikililərinəhatəsində olan İslam Səfərli küçəsi hazırda avtomobil xaosununmərkəzindədir. Bu küçənin heç bir tranzit əhəmiyyəti yoxdur.Sakinlər və şəhərimizə gələn turistlər avtomobil sıxlığı səbəbindənbu küçədə yerləşən tarixi abidələrlə tanış ola bilmirlər. İslamSəfərli küçəsində səkilərin dar, piyada axınının isə çox olmasısəbəbindən bu ərazi faktiki olaraq avtomobilsiz hərəkətiştirakçıları tərəfindən geniş istifadə olunur", - məlumatdabildirilib.

Qeyd edilib ki, bütün bunları nəzərə alaraq piyadalar arasındapopulyar ərazilər olan Qış parkı və Fəvvarələr meydanınıəlaqələndirmək məqsədilə İslam Səfərli küçəsinin tamamiləpiyadalaşdırılması nəzərdə tutulur.

"Layihə həmçinin ərazidə mövcud olan ticarət fəaliyyətinininkişafına şərait yaradacaq, sakinlərin və turistlərin tarixiabidələrə marağını, gəzinti zamanı insanların təhlükəsizliyiniartıracaq.

İslam Səfərli küçəsinin digər küçələrlə kəsişdiyi yerlərdəavtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Bəziparklanma yerləri əlçatanlıq saxlanılmaqla kəsişən küçələrəköçürüləcək, əlavə yerlər təşkil ediləcək. Eyni zamanda operativ vəkommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün şəraityaradılacaq", - deyə məlumatda qeyd edilib.

Seçilən
29
23
az.trend.az

10Mənbələr