AZ

Putin Ukraynadan bunları istəyir - AÇIQLANDI - ŞOK TƏLƏBLƏR

Rusiyanın Ukrayna qarşısındakı əsas tələbləri Kiyevin Donbasdan imtina etməsi, NATO-ya üzv olmaması, neytrallığı qoruyub saxlaması və ölkədə Qərb qoşunlarının yerləşdirilməməsidir.

Adalet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrə istinadən bildirib.

“Putin tələb edir ki, Ukrayna bütün şərqi Donbassdan imtina etsin, NATO-ya daxil olmaq ambisiyalarından əl çəksin, neytrallığı qorusun və Qərb qoşunlarını ölkəyə buraxmasın”, - agentlik yazır.

“Reuters” mənbələrinin məlumatına görə, Moskva Rusiya prezidentinin 2024-cü ilin iyununda Ukraynaya qarşı irəli sürdüyü ərazi tələblərində bəzi güzəştə gedib.

Həmin tələblərə əsasən, Kiyev işğal olunmuş dörd vilayətin hamısını - Donbası təşkil edən Ukraynanın şərqindəki Donetsk və Luqansk, eləcə də cənubdakı Xerson və Zaporojyeni Rusiya Federasiyasının tərkibinə verməli idi.

Rusiya prezidenti yeni təklifində Ukraynanın Donbasın hələ də nəzarət etdiyi ərazilərdən qoşunlarını tamamilə çıxarması tələbinə sadiqdir. Bununla belə, Moskvanın öz növbəsində Zaporojye və Xersondakı hazırkı cəbhə xəttini tərk etməyə hazır olduğu iddia edilir.

Avqustun 21-də Ukrayna lideri Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixailo Podolyak qeyd edib ki, Ukrayna mövcud təmas xətti boyunca münaqişənin dondurulmasına və əraziləri faktiki olaraq itirilmiş kimi tanımağa razıdır.

Seçilən
13
9
adalet.az

10Mənbələr