AZ

“Memar Əcəmi”də təmin işləri başa çatdı - FOTO

“Memar Əcəmi” metrostansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidi və giriş-çıxışlarında aparılan əsaslı təmir işlərini yekunlaşıb.

“Bakı Metropoliteni”ndən News4.az-a verilən məlumata görə, 1985-ci ildən istismar edilən keçiddə təmir zamanı köhnə divar üzlükləri, döşəmə daşları və bəzi konstruksiyalar texniki-təhlükəsizlik qaydalarına riayət olunmaqla, mərhələli şəkildə dəyişdirilib.

Divar və döşəmə üzlükləri daha keyfiyyətli analoqları ilə əvəzlənib, keçidin tavanı yüksək keyfiyyətli inşaat materialları ilə təmir olunub.

Giriş-çıxışların ətrafı, yerüstü sahə abadlaşdırılıb, keçidin çöl hissəsində yan divarların ətək zonası genişləndirilərək səki formasına salınıb.

Piyadaların, fiziki məhdudiyyətli insanların, o cümlədən uşaq arabaları ilə hərəkət edən şəxslərin rahatlığını təmin etmək məqsədilə keçidin üst hissəsində yerə xırda tamet daşları döşənib, panduslar yerləşdirilib və istirahət üçün oturacaqlar quraşdırılıb.

Həmçinin yerüstü hissə metal dirəklərlə çəpərlənərək ətrafda avtomobillərin səbəb olduğu xaotik vəziyyətin qarşısı alınıb. 




Seçilən
59
19
news24.az

10Mənbələr