AZ

Bakıda mərkəzində piyada yolu yoxdur, sakinlər avtobus yoluna çıxır TƏHLÜKƏLİ VƏZİYYƏT

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Zivərbəy Əhmədbəyov küçəsində piyadalar təhlüklə ilə üz-üzədirlər.

Belə ki, BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə görə, sakinlər üçün nəzərdə tutulan səkilər faktiki olaraq yoxa çıxıb.

İddialara əsasən, səkidə tikilən obyekt piyada yolunu tamamilə bağlayıb. Nəticədə insanlar məcburiyyət qarşısında qalaraq avtobuslar üçün nəzərdə tutulan zolaqla hərəkət edirlər.

Bundan əlavə, sakinlər bildirirlər ki, həmin səkidən fərdi avtomobillərin dayanacağı kimi istifadə olunur. Bu da piyadaların hərəkətini daha da çətinləşdirir və təhlükəli vəziyyət yaradır.

Vətəndaşlar aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi və səkilərin piyadalar üçün açılmasını tələb edirlər.

Şahanə Xankişiyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
baku.ws

2Mənbələr