AZ

Qazaxıstan və Qırğızıstan arasında ticarətin həcmi 2030-cu ilə qədər 3 milyard dollara çatdırılacaq

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və onun qırğızıstanlı həmkarı Sadır Japarov ticarət dövriyyəsinin həcmini artırmaq ilə bağlı hərtərəfli əməkdaşlıq planını imzalayıblar.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, sənəd iki ölkənin Ali Dövlətlərarası Şurasının yeddinci iclasının yekunlarına əsasən imzalanıb.

Şuranın iclasında ticari-iqtisadi, nəqliyyat-tranzit, su-enerji və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

"İki ölkə arasında əlaqələr müttəfiqlik ruhunda inkişaf edir. Qırğızıstan Qazaxıstanın regiondakı əsas strateji tərəfdaşlarından biridir. İkitərəfli ticarətin həcmi təxminən 2 milyard dollara çatıb. Bu göstəricini artırmaqla bağlı imkanlar mövcuddur", - K.Tokayev bildirib.

Rəsmi nümayəndə heyətlərinin üzvləri 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq üçün Yol xəritəsini bununla yanaşı, digər hökumətlərarası və idarələrarası sənədləri imzalayıblar.

Seçilən
1
report.az

1Mənbələr