AZ

Cənab Prezidentin son bəyanatı dost üçün də, düşmən üçün də mesaj olmalıdır - RƏY

“Azərbaycanın apardığı daxili və xarici siyasət müstəqil siyasətdir. Bu siyasətin prioritet istiqaməti Azərbaycan torpaqlarının tam suverenliyi, eyni zamanda ərazi bütövlüyü və Azərbaycan xalqının rifahıdır. Cənab Prezidentin son Kəlbəcər səfərində verdiyi növbəti bəyanat dost üçün də, düşmən üçün də mesaj olmalıdır. Məlum məsələdir ki, regional, eləcə də beynəlxalq səviyyədə baş verən son hadisələr, sülhün bərqərar olması istiqamətində atılan addımların bir nəticə verməməsi çox ciddi müzakirə obyektidir. Azərbaycan tərəfinin Vaşinqtonda verdiyi bəyanat, paraflanan maddələr bir daha göstərdi ki, Azərbaycan sülhün tərəfdarıdır. Bu sülhü pozmaq istəyən müəyyən qüvvələr isə çalışırlar ki, öz vasitəçilik missiyalarını ortaya qoysunlar, bununla hər iki tərəfi müəyyən qədər özlərinə uyğun siyasət yürütməyə vadar etsinlər, lakin bu mümkün deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi və hərbi baxımdan bu gün baş verə biləcək bütün hadisələrin təhlilini apararaq istənilən təhdidin qarşısını almağa hazırdır: “Ordu quruculuğu, hərbi sənaye potensialının daha da gücləndirilməsi, ciddi silahların əldə olunması üçün imzalanan müqavilələr bir daha göstərir ki, Azərbaycan 44 günlük müharibədə olduğu kimi Ali Baş Komandanın qətiyyəti, Azərbaycan xalqının şəhadəti şərəf saymasından, eyni zamanda rəşadətli Azərbaycan Ordusunun birgə aparacağı siyasətdən aslıdır. Buna görə də həm dinc quruculuq işləri aparırıq, həm ərazi bütövlüyümüzün, əldə olunmuş suverenliyimizin qorunmasına daim hazırıq. Bu prosesləri bütün dünya görür. Hər hansı qeyri-adekvat addımlar atmağa çalışan dövlətlər bilməlidirlər ki, bizim dönməz daxili və xarici siyasətimiz var. Qarabağ müharibəsindən sonra bütün Silahlı Qüvvələrin - suda, quruda və havada döyüşən ordunun inkişafına önəm veririk. Bu, çox mühüm məsələdir. Düşünürəm, bütün dövlətlər bunu ən yüksək səviyyədə dərk etməlidirlər. 44 günlük müharibədə bir daha bunun şahidi oldular”.

 

Aytəkin Qardaşova

Tarix: 22 Avqust 2025, 11:57   
Seçilən
75
pravda.az

1Mənbələr