AZ

Azərbaycan bu kateqoriyalar üzrə Ginnesin Rekordlar Kitabında

Missiya.az saytına istinadən ain.az xəbər verir.

"Ginnesin Rekordlar Kitabı" dünyada ən çox tanınan və möcüzəvi hadisələri, insan bacarıqlarını və qeyri-adi nailiyyətləri toplayan möhtəşəm bir nəşrdir. 

Missiya.Az dünyada maraq doğuran bu kitabı araşdırıb.

Onun əsası 1950-ci illərin əvvəllərinə təsadüf edir. 1951-ci ildə “Guinness” pivə zavodunun direktoru Ser Hyu Biver ov zamanı bir mübahisə ilə qarşılaşdı: Avropada ən sürətli ov quşu hansıdır? Bu suala cavab tapmaq üçün mövcud mənbələr kifayət etmədiyindən, o, belə bir kitabın yaradılmasının faydalı olacağını düşündü. İki jurnalist Norris və Ross Makver qardaşlarının köməyi ilə araşdırmalar başladı və 1955-ci ildə Ginnesin Rekordlar Kitabının ilk nəşri işıq üzü gördü. İlk nəşr əsasən İngiltərədə məşhurlaşsa da, qısa zamanda beynəlxalq səviyyədə populyar oldu.

İllər keçdikcə kitab yalnız maraqlı faktların toplandığı bir əsər olmaqdan çıxaraq, insanların öz istedadlarını, bacarıqlarını və bəzən də sadəcə qəribəliklərini dünyaya nümayiş etdirdiyi bir platformaya çevrildi. Bu gün Ginnesin Rekordlar Kitabı həm çap, həm də rəqəmsal formada dünyanın hər yerində yayımlanır və hər il minlərlə yeni rekord qeydə alınır.

Tarixi baxımdan da Ginnesdə yer alan maraqlı bir faktlardan biri dünyanın ən çoxuşaqlı anası kimi tanınan Valentina Vassilyevadır. O 69 uşaq dünyaya gətirib. Onun 16 cüt əkiz, 7 üçəm və 4 dördəmi olmuşdur. Bu fakt da Ginnesin qeydlərinə daxil edilib və həm dövrün, həm də regionun sosial həyatını əks etdirən nadir nümunələrdən sayılır.

Ginnesin Rekordlar Kitabında yalnız böyük nailiyyətlər deyil, həm də olduqca qəribə və bəzən inanılmaz səviyyədə gülməli rekordlar da yer alır. Məsələn, dünyada ən uzun dırnaqlara sahib olan şəxsin dırnaqlarının uzunluğu 8 metrdən artıq olub.

Digər bir rekord isə eyni anda ən çox qaşığı bədənində saxlayan bir adama məxsusdur – o, bədəninin müxtəlif hissələrində 50-dən çox qaşığı balansda saxlaya bilib. 

Dünyanın ən uzun saqqalı isə 5 metrə qədər uzanıb və bu rekord əsrlər öncədən bu günə qədər qorunub saxlanır.

Başqa bir qeyri-adi rekord, bir nəfərin 100-dən çox tişörtü eyni anda geyinməsi ilə bağlıdır. 

Eləcə də dünyanın ən böyük pizza və ya ən uzun sandviç rekordu kimi qida ilə bağlı rekordlar da diqqət çəkir. 

Hətta bir adam bir dəqiqədə ən çox rezin ördək toplamağa görə rekord qazanıb. Bunların hər biri Ginnesin Rekordlar Kitabını həm məlumatlandırıcı, həm də əyləncəli bir mənbəyə çevirir.

Azərbaycan da "Ginnesin Rekordlar Kitabı"nda öz yeri olan ölkələrdən biridir. Bu rekordlar həm ölkənin simvolik dəyərlərini, həm də mədəni irsini dünyaya tanıdan mühüm göstəricilərdir. Bunlardan biri Bakıda yerləşən Dövlət Bayrağı Meydanında qaldırılan nəhəng bayraqdır. Bu bayraq 2 564,02 kvadratmetr ölçüyə və 500 kiloqramdan artıq çəkiyə malikdir, həm də dünyanın ən böyük bayrağı kimi Ginnes tərəfindən qeydə alınıb. Həmin bayrağın dalğalandığı dirək isə uzunluğu ilə Ginnes Rekordlar Kitabına daxil edilmişdir. Bayrağın ölçüləri 35×70 metr, ümumi səthi isə 2 450 kvadratmetrdir.

Azərbaycanın Ginnesdə yer alan digər diqqətçəkən uğurları arasında şərab istehsalı sahəsi də var. SAVALAN-ASPI Vayneri şirkəti dünyanın ən böyük taxta şərab barilini hazırlayaraq 66 579 litrlik tutumla bu siyahıya düşüb. Bununla yanaşı, şahmat sahəsində də ölkə öz adını Ginnesdə yazdırıb. Şahmat hakimi Faiq Həsənov 60 ildən artıq müddətdə turnirlərdə fəaliyyət göstərərək ən uzun müddət işləyən kişi hakimi kimi tanınıb.

Bu kitab təkcə maraqlı faktlar toplusu deyil, həm də insanları öz potensiallarını sınamağa həvəsləndirən bir simvola çevrilib. Bəziləri üçün bu, uşaq yaşlarından arzulanan bir uğur hədəfi, digərləri üçün isə sadəcə bir əyləncədir. Müasir dövrdə Ginnesin Rekordlar Kitabı sosial media və müxtəlif tədbirlərlə də daha da məşhurlaşıb, hər il milyonlarla insanın marağına səbəb olur.

İlahə QənbərliMissiya.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
1
missiya.az

2Mənbələr