AZ

Zelenski: “Rusiya görüşdən yayınmağa çalışır”

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Müharibəni bitirmək üçün Rusiyaya təzyiq göstərməliyik, çünki Putin güc və təzyiqdən başqa heç nə başa düşmür"

“Tərəfdaşlarımız Rusiyaya təzyiq göstərməlidirlər ki, Moskva Ukraynaya genişmiqyaslı təcavüzünü dayandırmaq üçün görüşə razı olsun”. AYNA.AZ "European Pravda"ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski Rusiyanın Zakarpatyadakı Amerika müəssisəsinə son zərbəsini xatırladıb və dünyanın Rusiyanın müharibəni bitirmək üçün danışıqlara hazır olmasını gözlədiyini vaxt bu faktı nəzərə almalı olduğunu söyləyib.

"Hazırda Rusiyadan gələn siqnallar sadəcə olaraq, düzünü desək, nalayiqdir. Onlar görüşün keçirilməsi zərurətindən yayınmağa çalışırlar. Onlar bu müharibəni bitirmək istəmirlər. Ukraynaya qarşı kütləvi hücumları və cəbhədə çox sərt hücumları davam etdirirlər. Həm də Amerika müəssisəsinə raket zərbələri endirirlər", - Zelenski qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Rusiyanın ayrı-ayrı NATO dövlətlərini atəşə tutması və təxribatları təsadüfi deyil: "Bu, rusların həyasızlığıdır. Biz tərəfdaşlarımızın prinsipial reaksiya verəcəyini gözləyirik. Bu müharibəyə son qoyulmalıdır. Müharibəni bitirmək üçün Rusiyaya təzyiq göstərməliyik, çünki Putin güc və təzyiqdən başqa heç nə başa düşmür".

Qeyd edək ki, avqustun 21-nə keçən gecə Rusiya Ukraynaya 614 hava zərbəsi ilə hücum etdi: hava hücumundan müdafiə sistemi 577 hücumu zərərsizləşdirib.

Prezident Zelenski bildirib ki, rus qoşunları avqustun 21-nə keçən gecə Zakarpatiyanın Mukaçevo şəhərində Amerika mülki müəssisəsinə bir neçə qanadlı raket atıb. Bu zərbə nəticəsində 15 nəfər yaralanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
ayna.az

1Mənbələr