AZ

Adı "Nigar" olanlar ABŞ-də problemlər yaşayır

Adı "Nigar" olanlar ABŞ-də müxtəlif problemlər yaşayır.

Ölkə.Az-ın məlumatına görə, bu adda olan Azərbaycan vətəndaşları okeanın o tayına səfər edərkən ciddi şəkildə yanlış anlaşılma ilə qarşılaşırlar.

Belə ki, irqçiliyə əsasən, illərdir Amerikada "Niqa" (qaradərili) sözünün istifadəsi mübahisəlidir. Bir çox mağazalar bu sözü yazmaqdan imtina edir və sistem avtomatik rədd cavabı verir. Amma hər hansı iaşə obyektində problem yaranarsa, administratora yaxınlaşıb bu barədə məlumat versəniz və adınızın belə olduğunu sübut etsəniz əl ilə sistemdə dəyişiklik edilə bilər.

Qeyd edək ki, “Niqa” (ingiliscə "nigga") sözü olduqca həssas və ziddiyyətli bir ifadədir. Rəsmi şəkildə ölkədə istifadəsi qadağan olunmayıb. Onun qəbul edilməsi qaradərililər arasında kontekstdən, kim tərəfindən deyildiyindən və hansı münasibətlə işlədilməsindən asılıdır.

"Niqa" sözü uzun illər qaradərililərə qarşı təhqir, alçaltma və irqçi münasibətin rəmzi olub.

ABŞ və digər ölkələrdə bəzi qaradərililər “niqa” sözünü öz aralarında gündəlik ünsiyyət, dostluq və qardaşlıq ifadəsi kimi işlədə bilirlər. Bu zaman söz mənfi yox, daha çox yaxınlıq və “bizim çevrə” anlamını daşıya bilər. Lakin söz qaradərili olmayan bir şəxsin ağzından çıxırsa, çox vaxt təhlükəli, hətta təhqiramiz qəbul olunur.

Maraqlıdır ki, qaradəlilərin heç də hamısı eyni cür fikirləşmir. Belə ki, bəziləri düşünür ki, sözü mənimsəyərək ona yeni, pozitiv məna yükləmək mümkündür.

Ölkə.Az

Seçilən
13
2
olke.az

3Mənbələr