İnfluenser Aynişan Quliyeva ikinci əl kosmetika məhsullarını satışa çıxarması ilə bağlı iddialara səssiz qalmayıb.
Day.Az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib:
"Dünəndən bəri paylaşımlarınızı görürəm və bəli, sizi başa düşürəm, haqlı olduğunuz yer var. Ümumiyyətlə bu vəziyyəti şərh etmək istəmirdim, amma gördüm ki, məsələ çox böyüdü, ona görə danışmaq qərarına gəldim. Əlbəttə ki, mən də bilirəm ki, işlənmiş kosmetikanı satmaq olmaz. Bu, gənc bir xanımın (asistentimin) diqqətsizliyi idi və mən də onu vaxtında fərq etmədim, fərq etdiyim an isə dərhal dayandırdım. Nəticədə həmin məhsullar heç kimə satılmadı. Rahat ola bilərsiniz".