AZ

Keçmiş məcburi köçkün: Çox sevinirəm ki, 30 ildən sonra yurduma qayıdıram

Çox sevinirəm ki, 30 ildən sonra yurduma qayıdıram.

“Report” xəbər verir ki, bunu Ağdamın Xıdırlı kənd sakini, keçmiş məcburi köçkün Elgün Səmədov jurnalistlərə açıqlamasında deyib.

Doğma yurduna qayıdan E.Səmədov sevinicini belə büruzə verib: “Bu günə min şükür ki, el-obamıza qayıdırıq. Övladım da Xıdırlıya qayıdışımıza çox sevinir. Ondan çox özüm sevinirəm.

Ağcabədidə yaşayırdım, ancaq işimlə əlaqədar Bakıda qalırdım. Bu illər ərzində çox əziyyət çəkdik.

Allah Prezidentimizə uzun ömür bəxş etsin. Uca Tanrı şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

Qeyd edək ki, Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Kəndə 68 ailə - 252 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Seçilən
18
50
report.az

10Mənbələr