AZ

Bu ölkədə 5,7 bal gücündə zəlzələ baş verdi

Yaponiyanın Honsyu adasının sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 117 min nəfərə yaxın insanın yaşadığı İşinomaki şəhərindən 76 km şimal-şərqdə, 50 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
10
2
publika.az

3Mənbələr