Bu gün Avropa Liqasında pley-off mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, oyunların hamısı eyni gündə keçirilib.
“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı “Şkendiya” “Ludoqorets”ə qalib gəlib.
UEFA Avropa Liqası, pley-off mərhələsi, ilk oyunlar
21 avqust
“Midtyülland” (Danimarka) – “KuPS” (Finlandiya) - 4:0
“Brann” (Norveç) – AEK (Kipr) - 2:1
“Malmö” (İsveç) – “Siqma” (Çexiya) - 3:0
“Makkabi” (Təl-Əviv, İsrail) – “Dinamo” (Kiyev, Ukrayna) - 3:1
“Panatinaikos” (Yunanıstan) – “Samsunspor” (Türkiyə) - 2:1
“Şkendiya” (Makedoniya) – “Ludoqorets” (Bolqarıstan) - 2:1
“Jrinski” (Bosniya) – “Utrext” (Niderland) - 0:2
“Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə) - 0:1
“Lex” (Polşa) – “Genk” (Belçika) - 1:5
“Aberdin” (Şotlandiya) – FKSB (Rumıniya) - 2:2
“Riyeka” (Xorvatiya) – PAOK (Yunanıstan) - 1:0
“Linkoln” (Cəbəllütariq) – “Braqa” (Portuqaliya) - 0:4
Qeyd edək ki, komandalar arasında cavab oyunları avqustun 28-də keçiriləcək.