AZ

"Neftçi" kapitanı ilə müqavilə müddətini uzatdıb, 3 oyunçu götürdü

Azərbaycanı FIBA Avropa Kubokunun əsas mərhələsində təmsil edəcək “Neftçi” kapitanı Amil Həmzəyevlə müqavilə müddətini daha bir mövsüm uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, yerli oyunçular - Əkbər Məmmədov, Fikrət Ələkbərov və Ağa Ağayev "ağ-qaralar"ın heyətinə cəlb olunub.

Əkbər Məmmədov Azərbaycan millisinin üzvüdür, son klubu NTD olub. Fikrət Ələkbərov U-20 yığmasında çıxış edib. O, son mövsümü “Quba”da keçirib. Ağa Ağayev isə U-16 yığmamızın üzvüdür.

Seçilən
6
49
sportinfo.az

10Mənbələr