AZ

"İphone" istifadə edənlərin DİQQƏTİNƏ: Təhlükə var

Apple korporasiyası bütün "iPhone" və "iPad"lərin təcili yenilənməyə çağırıb. 

News24.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Şirkətin mühəndisləri tərəfindən aşkar edilən nöqsanlar tətbiqlərə müxtəlif fayl formatlarını oxumağa imkan verən "Image I/O" təhlükəsizlik infrastrukturundadır. 

Hakerlər iOS-u ayrılmış yaddaş buferindən kənarda məlumatları yaza və zərərli kodu uzaqdan  idarə edə bilərlər.

Nöqsan CVE-2025-43300 kimi müəyyən edilib. 

Apple təhlükəli problemi müəyyən edərək aradan qaldırdığını bildirib. Şirkət smartfon və planşet istifadəçilərini cihazın əməliyyat sistemini (OS) müvafiq olaraq iOS 18.6.2 və iPadOS 18.6.2-lə yeniləməyə çağırıb.

 Məqalədə bildirilir ki, boşluq çoxlu sayda cihazlarda istifadə oluna bilər. Beləliklə, iPhone Xs ilə başlayan bütün smartfonlar və 7-ci nəsil iPad ilə başlayan planşetlər hücum riski altındadır

Xeyrənsə Piriyeva

Seçilən
22
1
news24.az

2Mənbələr