AZ

"Qarabağ"ın oyununa biletlər bu gündən satışda olacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” (Macarıstan) oyununun biletləri bu gün saat 14:30-dan etibarən satışa çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə Ağdamı təmsil edən klubdan rəsmi açıqlama yayılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri iTicket.az-ın satış məntəqələrindən, “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, komandalar arasında Budapeştdə keçirilən ilk oyunda "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib. Avqustun 27-də keçiriləcək cavab oyunu Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Seçilən
45
4
axar.az

10Mənbələr