AZ

“Qalatasaray” Nelsonu icarəyə verib

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Qalatasaray"ın üzvü Viktor Nelson karyerasını İtaliyada davam etdirəcək.

"Ölkə.az" xəbər verir ki, müdafiəçi "Verona" ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı oyunçu 1 illik icarə əsasında “Verona”nın şərəfini qoruyacaq. Razılaşmaya əsasən, klub “sarı-qırmızılılar”a 650 min avro icarə haqqı ödəyəcək.

Bundan əlavə, danimarkalı futbolçunun müqaviləsində 8 milyon avroluq satınalma bəndi yer alacaq.

Qeyd edək ki, Viktor Nelson "Qalatasaray"a 2021-ci ildə "Kopenhagen"dən 7 milyon avroya transfer olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
5
olke.az

6Mənbələr