AZ

Naxçıvanda Regional Ailə Mərkəzləri yaradılacaq

Bakı. Trend:

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılacaqRegional Ailə Mərkəzlərinin Şərur və Culfa rayonları üzrə inzibatibinalarının tikintisi üçün artıq torpaq sahələri ayrılıb.

Trend xəbər verir ki, cariildə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və UşaqProblemləri üzrə Dövlət Komitəsi tərəfindən mərkəzlərintikintisinin layihə-smeta sənədlərinin satın alınması xidmətləriilə bağlı tender sorğusu keçirilib. Nəticələrə əsasən Komitə iləqalib təchizatçı “BİMD” Qapalı Səhmdar Cəmiyyəti arasında müqaviləimzalanıb. Hazırda Şərur və Culfa şəhərlərində inzibati binalarınlayihələndirilməsi ilə əlaqədar müvafiq işlər həyata keçirilir.

Regional Ailə Mərkəzlərinin yaradılması ilə Naxçıvan MuxtarRespublikasında ailələrin dəstəklənməsi mexanizmləri daha dagüclənəcək, əhalinin sosial xidmətlərə əlçatanlığı genişlənəcəkdir.Prioritetlər sırasında uşaq hüquqlarının təminatına dəstək, ailədəyərlərinin, gender mədəniyyətinin təbliğ olunması kimi hədəflərvar.

Seçilən
10
10
az.trend.az

10Mənbələr