AZ

Polşadan Rusiyaya kəskin etiraz...

Polşa Xarici İşlər Nazirliyi avqustun 20-nə keçən gecə Rusiyaya məxsus pilotsuz təyyarənin Lyublin voyevodalığında partladılması ilə bağlı Moskvaya etiraz notası göndərib.

Axar.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Varşava PUA-nın Osinı kəndində qəzaya uğraması və partlaması ilə bağlı Rusiyaya kəskin etirazını bildirib və Rusiyanın Polşanın suverenliyinə və Beynəlxalq Mülki Aviasiya Konvensiyasına hörmətlə bağlı öhdəliklərini pozmaqda ittiham edib.

"Nazirlik bu hadisəni Rusiya Federasiyasının həm Polşaya, həm də digər Avropa dövlətlərinə münasibətdə həyata keçirdiyi hibrid hərəkətlər nümunəsinə uyğun gələn növbəti qəsdən təxribat hesab edir. Biz Rusiya tərəfinin mülki əhaliyə, infrastruktura və aviasiyaya təhlükə yaradan bütün hərəkətlərini qətiyyətlə pisləyirik", - məlumatda deyilir.

Seçilən
30
3
axar.az

10Mənbələr