AZ

Azərbaycanın karate millisi III MDB Oyunlarına Türkiyədə hazırlaşacaq

III MDB Oyunlarına hazırlıq məqsədilə idman karatesi (WKF) üzrə Azərbaycan milli komandası Türkiyəyə yola düşüb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Yığmamız avqustun 21-dən 24-dək İstanbulda təşkil olunacaq “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında gücünü sınayacaq. Ardınca isə avqustun 25-dən 31-dək “Gənclik Kampı” təlim-məşq toplanışlarında iştirak edəcək.

Milli komanda baş məşqçi Şahin Atamovun rəhbərliyi altında turnir və hazırlıq prosesinə qatılacaq.

Seçilən
12
3
90deqiqe.az

4Mənbələr