AZ

FHN-in Bakı Regional Mərkəzi rəhbər heyətin mülki müdafiə məşqi təşkil edildi - FOTO

  Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin mülki müdafiə məşqi keçirilib.

Bu barədə Referans-a FHN-dən bildirilib.

Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.

Məşq zamanı heyətin fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar ümumi idarəetmənin təşkili üzrə fəaliyyətləri qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.  


Seçilən
3
11
referans.az

10Mənbələr