Praqa, 21 avqust, AZƏRTAC
Çexiya Prezidenti Pyotr Pavel “ČTK” telekanalına müsahibəsində bildirib ki, respublika Ukraynada mümkün sülhməramlı missiyada iştirak etməlidir. Onun sözlərinə görə, Praqa müharibə başlayandan Kiyevin fəal tərəfdaşı kimi sülh prosesinin bir hissəsi olmalıdır.
AZƏRTAC xəbər verir ki, dövlət başçısının sözlərinə görə, konkret iştirak formatı beynəlxalq razılaşmalardan asılı olacaq. O, həmçinin hərbisizləşdirilmiş zonanın yaradılmasını məntiqli addım adlandırıb və vurğulayıb ki, müharibəni dayandırmaq naminə Ukrayna çox güman, müəyyən güzəştlərə getməli olacaq.
Eyni zamanda, müdafiə naziri Yana Çernoxova “Seznam Zprávy”ə verdiyi şərhdə bu məsələyə hələ hökumət səviyyəsində baxılmadığını bildirib. O vurğulayıb ki, Çexiya hərbçilərinin iştirak etdiyi təqdirdə, onların rolu Balkanlardakı missiyaları xatırlayacaq: bölmələr cəbhə xəttində yerləşdirilməyəcək, sülh bağlandıqdan sonra təhlükəsiz zonalarda fəaliyyət göstərəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa