Ağdərədəki yanğın zamanı FHN əməkdaşı minaya düşüb
Ajans.az Report-a istinadən xəbər verir ki, partlayış zamanı yanğınsöndürənlərdən biri Babək Zeynalov yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra dərhal Bərdə Müalicə və Diaqnostika Mərkəzinə aparılması nəzərdə tutulur.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.