Ağdərə rayonunda yanğın baş verən ərazidə partlayışlar qeydə alınıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, nəticədə bir nəfər xəsarət alıb. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib, Bərdə rayon mərkəzi xəstəxanasına köçürülür.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam edir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən helikopterləri cəlb olunub.