AZ

“Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin daha bir layihəsi gerçəkləşdi - FOTOLAR

“Mədəni inkişafın təbliği” İctimai Birliyi (MİTİB) Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinin maliyyəsi və Oğuz rayon İcra hakimiyyətinin təşkilati dəstəyi ilə “Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği  layihəsi çərçivəsində Oğuz rayonunda tədbirlərə start verdi.

QHT.az xəbər verir ki, iki aylıq layihə çərçivəsində keçirilən birinci tədbir 21 avqust 2025-ci il  tarixində Oğuz rayonunundaOğuz Dövlət Aqrar İnkişaf Mərkəzində keçirildi.

Tədbiri layihə rəhbəri Xatirə Fərəcli açaraq,ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətindən bəhs etdi. Çıxış edənlər qeyd etdilər ki, regionlarda   keçirilən bu cür tədbirlərin Qərbi Azərbaycan ilə bağlı faktların geniş ictimaiyyətə çatdırılmasında, insanların tarix və milli kimlik barədə məlumatlılığının artırılmasında çox əhəmiyyətlidir.  

Tədbirdə İctimai-siyasi və Hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həmidov Cavid, AMEAFolklor İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin baş mütəxəssisi, politoloq  Vəfa Saleh, filoloq  Şəbnəm Hüseynova, Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədri Günel Abdullayeva,  YAP  Oğuz Rayon Təşkilatının sədr müavini Mehman Ramazanov, tədqiqatçı Ülviyyə Behbudova, Oğuz Rayon İcra Hakimiyyətində Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi Əhməd Ağababayev, Oğuz Rayon Ağsaqqallar Şurasının sədri Etibar Yusubov, Gender məsələləri üzrə mütəxəssis Samirə Şaqavatova, AYB Oğuz şöbəsinin sədri, şair Vüsal Oğuz, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Nazim Hüseynli, Gənclər və İdman Nazirliyi Gənclərlə İş sektorunda baş koordinator Fidan Mikayılzadə və başqaları iştirak və çıxış etmişlər.   

Tədbir maraqlı, əhəmiyyətli və yaddaqalan oldu. Xatirə şəkli çəkildi.

“Qərbi Azərbaycanın tarixinin, ədəbi mühitinin tədqiqi və təbliği  layihəsi çərçivəsində daha iki tədbirin Oğuz rayonunun Yaqublu və Calud kəndlərində keçirilməsi nəzərdə tutulub.  

 

Seçilən
15
4
qht.az

5Mənbələr