Bakı. Trend:
Qubada yerləşən və XVIII əsrin sonlarından bu günə qədər qorunubsaxlanılan yəhudi qəbiristanlıqlarının sistemli şəkildəöyrənilməsi, yəhudi irsinin qorunması, rəqəmsallaşdırılması vəgələcək nəsillərə ötürülməsi məqsədini daşıyan layihə DağYəhudiləri Dini İcmasının və STMEGI Beynəlxalq Xeyriyyə Fondunundəstəyi ilə Yəhudiliyin Tədqiqi Mərkəzi “Sefer” tərəfindən həyatakeçirilir.
Trend xəbərverir ki, ekspedisiyada dünyanın müxtəlif ölkələrindən gəlmiş 15nəfərlik mütəxəssis qrupu iştirak edir.
Tədqiqatlar nəticəsində bütün məzarların dəqiq planınınhazırlanması, baş daşlarının şəkillərinin, ölçülərinin,məzmunlarının və yerləşmə koordinatlarının vahid elektron sistemədaxil edilməsi nəzərdə tutulur. Həmçinin qəbiristanlığın dəqiqxəritəsinin çıxarılması, məzar daşlarının foto və ölçü çəkilişləri,ivrit dilindəki yazıların deşifrə edilməsi və dəfn yerlərininelektron bazaya daxil edilməsi planlaşdırılır.
Qeyd edək ki, hazırda Qubada ümumilikdə 15 hektar ərazini əhatəedən 3 yəhudi qəbiristanlığı mövcuddur. ki, burada 3000-dən artıqməzar daşı qorunub saxlanılır. Layihə yalnız Azərbaycanın deyil,ümumilikdə Qafqaz regionunun yəhudi irsinin qorunması baxımından daəhəmiyyətli sayılır.
Məlumat üçün bildirək ki, “Sefer” Mərkəzi 2018–2020-ci illərdəRusiya Yəhudi Konqresinin dəstəyi ilə Cənubi Dağıstanda oxşarekspedisiyalar həyata keçirib. Həmin araşdırmalar nəticəsində Arak,Mamraç, Abasav, Xancalqala, Karçaq və digər kəndlərində 12 dağyəhudi qəbiristanlığı öyrənilmiş, 1400-dən çox məzar daşısənədləşdirilmişdir. Tarixi məlumatlara əsasən, Karçaq kəndindənolan yəhudi ailələrinin əksəriyyəti təqribən 200 il əvvəl QırmızıQəsəbəyə köç edənlərdir.
Ekspedisiyanın nəticəsi olaraq hazırlanacaq elektron kataloqvasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan Quba mənşəliyəhudilər öz əcdadlarının məzarlarını tapmaq, başdaşlarını görməkvə ailə tarixləri ilə bağlı daha geniş məlumat əldə etmək imkanıqazanacaqlar.