AZ

Azərbaycan Kubokunda növbəti mövsümün formatı açıqlanıb

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026 mövsümünün formatı açıqlanıb.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

PFL rəsmisi turnirdəki əsas dəyişikliyin final matçı ilə bağlı olduğunu xatırladıb: "PFL olaraq digər ölkələrin də təcrübəsini nəzərə alaraq final qarşılaşmasının daha tez tarixdə - mayın 13-də keçirilməsinə qərar verdik. Bütün liqalarda iştirak edən komandalar kubok yarışlarına qatılacaqlar".

Abdullayev II Liqa təmsilçilərinin Azərbaycan Kubokunda mövsümə erkən mərhələdən start verəcəklərini söyləyib: "Ardından qaliblərə 1-ci Liqa komandaları və Premyer Liqanı ötən mövsüm aşağı pillələrdə başa vurmuş komandalar qoşulacaq. Sonrakı mərhələdə isə Premyer Liqanı üst pillələrdə bitirmiş komandaları da mübarizədə görəcəyik. Ötən mövsümün qalibi “Sabah” püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Komandalar Premyer Liqa şərtləri əsasında mübarizə apacaqlar. Yəni məsələn, 1-ci Liqa komandaları heyətlərindəki legionerlərin hamısının xidmətindən əsas heyətdə yararlana biləcəklər".

Qeyd edək ki, ötən mövsümün finalında "Sabah" əsas vaxtı heç-heçə (2:2) yekunlaşan matçın əlavə vaxtında "Qarabağ"ı 3:2 hesabı ilə üstələyib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
11
icma.az

10Mənbələr