AZ

Vətəndaşların bir milyon manatını dələduzluq yolu ilə mənimsəyən şəxs həbsdə qaldı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bakı Apellyasiya Məhkəməsi dələduzluqda təqsirləndirilən Elşad Aydın oğlu Səfərov barəsində birinci instansiya məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirini dəyişdirməyib.

Oxu.Az-ın xəbərinə görə, E.Səfərov ayrı-ayrı şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış obyektlərini etibarnamə ilə əldə edərək satmaqda və satışdan əldə etdiyi bir milyon manata yaxın pul vəsaitini dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilir.

Qeyd edək ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə vəsatət və təqdimat göndərilib.

Suraxanı Rayon Məhkəməsinin 15.08.2025-ci il tarixli qərarı ilə Elşad Aydın oğlu Səfərov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Gülşən Hacı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
oxu.az

2Mənbələr