AZ

Ermənistan və Rusiya Təhlükəsizlik Şurasının katibləri arasında telefon danışığı olub

Ermənistan

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu arasında telefon danışığı olub.

Bu haqda məlumatı Ermənistan mətbuatı yayıb.

Qriqoryan Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların təfərrüatları haqda həmkarına məlumat verib və bölgədə artıq sülhün bərqərar olunduğuna əminliyini ifadə edib. Onun sözlərinə görə, bu, regiondakı bütün ölkələrin maraqlarına cavab verir.

Qriqoryan həmçinin regionda kommunikasiya yollarının açılması və bunun nəticəsində yaranacaq iqtisadi imkanlar haqqında məlumat verib, bu imkanların bütün ölkələrin maraqları baxımından əhəmiyyətini vurğulayıb.

Şoyqu isə öz növbəsində Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada baş tutmuş görüşün nəticələri və bundan sonra atılacaq addımlar haqda həmkanı məlumatlandırıb.

Telefon danışığı zamanı tərəflər həmçinin Ermənistan - Rusiya münasibətlərini əhatə edən məsələləri müzakirə ediblər.

Seçilən
7
4
xalqcebhesi.az

5Mənbələr