“İnter”in 33 yaşlı forvardı Mehdi Taremi karyerasını başqa klubda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, iranlı hücumçunun xidmətində “Parma” maraqlıdır.
Taremi daha əvvəl “Flamenqo”nun təklifini rədd edərək Avropada qalmaq istədiyini açıqlamışdı.
O, ötən mövsüm Milan klubunda 43 oyunda 3 qol vurub, 9 asist edib.