AZ

Bu gün qəhrəman şəhidimiz Rövşən Hüseynovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rövşən Kazım oğlu Hüseynov 221 avqust 1995-ci ildə Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2013-2017-ci illərdə Rusiya Federasiyası, Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun iqtisadiyyat fakültəsində təhsil alıb. 2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub və 2020-ci ilin sentyabrınd başlanan hərbi-təlim tooplantılarına çağırılıb. O, 44 günlük Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 23 oktyabr tarixində Füzulinin Kürdlər kəndi istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Rövşən Hüseynov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
46
qht.az

1Mənbələr