Missiya.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Münaqişənin həlli ilə bağlı Ukrayna tərəfi ilə müqavilələr imzalanacağı təqdirdə Kiyev hakimiyyətin legitimliyi məsələsini həll etməlidir”.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Ümid edirəm ki, gələcək müqavilələrin imzalanmasına gəlincə, Ukrayna tərəfində bu sazişləri imzalayacaq şəxsin legitimliyi məsələsi həll olunacaq”, - deyə siyasətçi vurğulayıb.
Lavrov qeyd edib ki, Ukrayna tərəfində Rusiya ilə müqavilələri konkret kimin imzalaya biləcəyini dəqiqləşdirməyib.
Daşqın HəsənovMissiya.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.