AZ

Avtomobillər üçün ağıllı stəkan altlığı hazırlanır

Britaniya brendi “Bentley” tezliklə avtomobillərini süni intellekt elementləri olan adaptiv stəkan altlığı ilə təchiz edəcək. Şirkət yeni ixtirasını artıq patentləşdirib.

Avtomobillərdəki stəkan altlıqlarının əksəriyyəti standart ölçülərə malikdir, onlara qoyulan qablar isə müxtəlif ölçülərdədir. Şirkətin yeni texnologiyası əsasında stəkan altlıqlarının dərinliyini müxtəlif qablara uyğunlaşdırmaqla dəyişdirmək olar. Bundan əlavə, altlığın qapağı elektriklə çalışacaq. O içki qabının aşmasının qarşısını alaraq bağlana biləcək. Həmçinin patentdə istilik və soyutma funksiyaları da qeyd olunur.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
83
4
azerbaijan-news.az

5Mənbələr