AZ

İrəvanda hökumət binası qarşısında aksiya

Ayna saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aksiyada öz qohumlarını Qarabağda dəfn edən və onların cənazələrini Ermənistana aparmaq istəyənlər iştirak edib

Qarabağdan könüllü gedən ermənilər İrəvanda Ermənistan hökuməti binası qarşısında etiraz aksiyası keçiriblər. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, aksiya iştirakçıları arasında itkin düşmüşlərin qohumları da var.

Özünü Qarabağda ləğv edilmiş qondarma qurumun “ombudsmanı” adlandıran Qeqam Stepanyan jurnalistlərə müsahibəsində deyib ki, aksiyada öz qohumlarını Qarabağda dəfn edən və onların cənazələrini Ermənistana aparmaq istəyənlər iştirak edib.

"Müəyyən mənada dövlət qurumları ilə işləmək üçün kanal formalaşıb. Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Armen Abazyanın rəhbərlik etdiyi məhbuslar və itkin düşmüş şəxslərlə bağlı komissiya fəaliyyət göstərir. Qohumlar bu istiqamətdə işlərin aparıldığına dair təminat alıblar. Amma Armen Abazyanın istefasından sonra dövlət sistemində bu məsələlərlə bağlı hansı işlərin getdiyini heç birimiz bilmirik", - Stepanyan bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
ayna.az

1Mənbələr