AZ

TƏCİLİ: Paşinyan Azərbaycanın gözlədiyi QƏRARI VERDİ

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər Konstitusiya Məhkəməsi yaxın zamanda Ermənistan və Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinin mövcud Konstitusiyaya zidd olduğunu qərara alarsa, hökumət konstitusiya dəyişikliklərini təşəbbüs edə bilər.

KONKRET.az xəbər verir ki, Paşinyan qeyd edib ki, Ermənistan hökumətinin yeni Konstitusiya qəbul etmək üçün ayrıca gündəliyi mövcuddur və bunun üçün son tarix 2027-ci il olaraq müəyyən edilib.

Baş nazir əlavə edib ki, hazırda yeni Konstitusiya layihəsi üzərində işlər aparılır və layihə hazır olduqdan sonra referendum keçirilməsi ehtimalı var. O, vurğulayıb ki, bu proses sülh danışıqları ilə birbaşa əlaqəli deyil, lakin strateji baxımdan bu, sülh prosesinə müəyyən təsir göstərə bilər.

Müşvif Tofiqoğlu

KONKRET.az

Seçilən
12
4
konkret.az

5Mənbələr