AZ

Sumqayıtda qazilər arasında silahlı insident

Sumqayıtda qazilər arasında silahlı insident

Avqustun 19-da Sumqayıt şəhərində silahlı insidentlə müşayiət olunan xuliqanlıq hadisəsi baş verib. Hadisə ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Abşeron rayon sakini, 35 yaşlı İlkin Seyidzadə aralarında yaranan şəxsi münaqişə zəminində tanışı, Sumqayıt şəhər sakini, 43 yaşlı Mahir Məmmədovu döyüb.

Daha sonra M.Məmmədov özündə olan ov tüfəngi ilə atəş açaraq İ.Seyidzadəyə məxsus “Toyota Prado” markalı avtomobilin təkərlərini yararsız hala salıb. O, silahla nəqliyyat vasitəsinin ön qapısını əzərək Seyidzadənin maşından düşməsini tələb edib.

M.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə zamanı istifadə etdiyi tüfəng ondan götürülüb. Eyni zamanda, İ.Seyidzadənin M.Məmmədovu döyməsi faktı ilə bağlı da araşdırma aparılır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, insidentdə iştirak edən hər iki şəxs 2-ci Qarabağ müharibəsi qazisidir.

Seçilən
31
49
afn.az

10Mənbələr