AZ

Vens Ukraynada müharibənin dayandırılması üçün tərəflərin nə istədiklərini açıqlayıb

"Ukrayna təminat istəyir, Rusiya isə torpaq"

Hurriyyet.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Di Vens Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması üçün danışıqların iki əsas məsələ üzərində qurulduğunu bəyan edib. Onun sözlərinə görə, Kiyevə təhlükəsizlik təminatı, Moskvaya isə müəyyən ərazilər üzərində nəzarət lazımdır.

Vens deyib: "Əslində hələ həll edilməmiş iki əsas məsələ var. Onlar hansısa mənada çox asan, hansısa mənada isə çox çətindir. İlk növbədə Ukrayna münaqişənin təkrarlanmayacağına əmin olmalıdır. Kiyev, gələcəkdə uzun illər boyunca ərazi bütövlüyünün saxlanılmasına əmin olmaq istəyir. Rusiya isə müəyyən əraziləri istəyir. Bu ərazilərin böyük hissəsinə artıq nəzarət edir, bir qismini isə ələ keçirə bilməyib. Danışıqların mahiyyəti məhz bundan ibarətdir. Ukraynalılar təhlükəsizlik təminatı, rusiyalılar isə müəyyən ərziləri istəyirlər".

Vensin fikrincə, Rusiya ilə Ukrayna prezidentləri - Vladimir Putin ilə Vladimir Zelenskinin görüşü bu məqsədlərə çatmaq üçün danışıqların isrəliləməsinə kömək edə bilərdi.

Hürr Tərcüman

Seçilən
13
1
hurriyyet.az

2Mənbələr