Bakı.Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri ŞəhərlərinBirləşmiş Su Təchizatı Xidmətinin Mingəçevir şəhər Sukanal İdarəsiəhalini içməli su ilə təmin edir, tullantı suları sutəmizləyiciqurğulara ötürülür, yağış sularının idarə olunması işlərini həyatakeçirir, o cümlədən qanunsuz birləşmələrə qarşı mübarizəaparır.
Trend xəbərverir ki, bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətininmətbuat katibi Ceyhun Musaoğlu bildirib.
Onun sözlərinə görə, texniki şərt əsasında abonent qoşulmalarınıhəyata keçirir, tullantı su, o cümlədən su şəbəkəsində baş verənhər hansı bir qəzanın aradan qaldırılması işlərini görür. Xətlərinyenilənməsi, yeni xətlərin çəkilməsi də Mingəçevir şəhər Sukanalİdarəsinin gördüyü işlərə aiddir:.
"Texniki şərt əsasında abonent qoşulmalarını həyata keçirir,tullantı su, o cümlədən su şəbəkəsində baş verən hər hansı birqəzanın aradan qaldırılması işlərini görür. Xətlərin yenilənməsi,yeni xətlərin çəkilməsi də Mingəçevir şəhər Sukanal İdarəsiningördüyü işlərə aiddir".
İdarə əhali qrupu üzrə 31978 və qeyri-əhali qrupu üzrə 1598olmaqla, ümumilikdə 33576 abonentə xidmət göstərir. Abonentlərinsayğaclaşma səviyyəsi 97 faiz təşkil edir. Məhsuldarlığı sutkada 55min kub metr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı tikilərək istismara verilib.
Şəhəri içməli su ilə təmin etmək üçün xam su Mingəçevir SuAnbarından diametri 800 millimetr olan boru xətti ilə sutəmizləyiciqurğuya verilir. Sutəmizləyici qurğuda su 28 ədəd qum süzgəcindənkeçərək asılı hissəciklərdən təmizlənir və maye xlorlazərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasındaquraşdırılmış 200 kilovatlıq 3 ədəd nasos aqreqatı vasitəsilədiametri 820 millimetr olan boru ilə mərkəzi su anbarınaötürülür.
Migəçevir şəhər Sukanal İdarəsinin sahə rəisi Elçin SalmanovMingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksi haqqında məlumatverərək qeyd edib ki, gün ərzində saatda 2500 kub su təmizlənibmərkəzi su anbarına ötürülür. “Su anbardan diametri 1000millimetrlik boru ilə şəhərə özaxımı vasitəsilə ötürülür.Mingəçevir şəhər Sutəmizləyici Qurğular Kompleksindəlaboratoriyamız yerləşir. Laboratoriya gün ərzində suyun tərkibininəzarətdə saxlayır”.
Ceyhun Musaoğlu diqqətə çatdırıb ki, Mingəçevir Su Anbarındansutəmizləyici qurğulara daxil olan su orada təmizlənərək +82 SuAnbarına daxil olur:
“Ümumiyyətlə Mingəçevir şəhəri üzrə su şəbəkəsinin uzunluğu 340kilometrdir. Magistral xətlər 41 kilometr təşkil edir. Küçə vəməhəllə daxili xətlər isə 299 kilometrdir. Şəhərə özaxımı iləverilən su minlik xətlə ötürülür və 5,5 kilovatlıq 2 nasos dafəaliyyət göstərir. Dövlət Proqramı ilə 210 kilometrlik xəttçəkilib. 3 kanalizasiya stansiyası tikilib. Layihədə ÇirkabSutəmizləyici Qurğusunun tikilməsi nəzərdə tutulur ki, bununlabağlı da işlərə başlanılıb. 2 ədəd məhəllə daxili sutəmizləyiciqurğu, 8 ədəd kanalizasiya nasos stansiyası var. Bütün bu işlərMingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. 24saat içməli su ilə şəhər təmin olunur. Bununla yanaşı baş verənqəzaların aradan qaldırılması və qeyri-qanuni qoşulmalar, onlarlamübarizə və yeni abonent xətlərinin texniki şərtə uyğun olaraqçəkilməsi işləri görülür”.
Şəhərin kanalizasiya şəbəkəsinin ümumi uzunluğu 316,6kilometrdir. O cümlədən, magistral boru xəttlərinin uzunluğu 62,5kilometr, küçə və məhəllə daxili boru xəttlərinin uzunuğu 254,1kilometrdir. İdarənin istismarında 2 məhəllə daxili tullantı sutəmizləyici qurğu və 8 kanalizasiya nasos stansiyası vardır.
Layihədə həmçinin Xaldan şossesinin yaxınlığında sutkalıq gücü65000 kubmetr olan yeni Çirkab Sutəmizləyici qurğusunun tikilməsinəzərdə tutulub. Şəhər ərazisində Texniki şərtə uyğun olaraq yeniqoşulmalar müntəzəm həyata keçirilir".
Mingəçevir şəhər Sukanal İdarəsinin sahə ustası Elnur Ələkbərovməlumat verib ki, Heydər Əliyev prospektində vətəndaşın texnikişərtə uyğun müraciətinə əsasən 63 millimetrlik borudan abonentə 32millimetrlik boruya çıxış verilir:
“İşlər bitdikdən sonra bu ünvan 24 saat fasiləsiz su ilə təminolunacaq”.
"Mingəçevir şəhər Sukanal idarəsinin həllinə çalışdığı əsas problemsu itkilərinin qarşısının alınmasıdır. Cari yarım ilin nəticələrinəgörə idarə üzrə su itkisi 54,5% olub. Bəzi abonentlər ikilixətlərdən istifadə edirlər. Son üç ayda belə qanunsuz xətlərləbağlı 94 cərimə aktı tərtib edilib. Şəhər ərazisində ictimaiəsaslarla inşa edilmiş 273 sayda bulaqlara idarə tərəfindənfasiləsiz su verilir. Digər bir məsələ debitor borclarla bağlıdır.Göstərilmiş xidmətlərə görə ödənişlərin təmin edilməsi üçün idarətərəfindən gündəlik reydlər keçirilir. Su borcu çox olanabonentlərin su təminatı dayandırılır. Ödəniş edildikdən sonratəminat bərpa edilir. Eyni zamanda suyun israf edilməməsi,ödənişlərin vaxtlı-vaxtında edilməsi barədə əhali arasındamaarifləndirici xarakterli söhbətlər aparılır.
Hazırda ünvanına baxış keçirilir. Sayğacdan keçməyən diametri 20millimetr su xətti aşkar olunub. Xətt sayğacdan keçmədən evi su ilətəchiz edir. Bu pozuntu abonent şöbəsinin əməkdaşları tərəfindənləğv olunub, abonentə cərimə aktı yazılıb"-məlumatda deyilir.
Mətbuat katibi Ceyhun Musaoğlu son olaraq bildirib ki, xüsusənqızmar yay aylarında su itkisinin qarşısını almaq abonentlərinfasiləsiz su ilə təminatında əsas rol oynayır:
“Çox təəssüf ki, şəhər ərazisində qeyri-qanuni qoşulmalar davar. Gəlin suyumuzu qoruyaq, suyumuzun qayğısına qalaq, suyumuzuindi elə istifadə edək ki, gələcək nəsillərə ötürə bilək”.