AZ

Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinə media-tur təşkil olunub - FOTO

Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinə media-tur təşkil olunub.

APA xəbər verir ki, media-turda qeyd olunub ki, Gəncə şəhərində“Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsi inşa edilir. Prezdent İlham Əliyev tərəfindən təməli qoyulan bazalt məhsullarının istehsalı müəssisəsi istifadəyə veriləndən sonra burda ilkin mərhələdə nəfərin daimi işlə təmin ediləcək. Ümumi sahəsi 4 hektar olan zavodda ildə 360 min ton orqanik gübrə istehsalı nəzərdə tutulub.İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksək keyfiyyətli bazaltdan istifadə olunacaq. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

Burada bazalt tozu və onun əsasında orqanik gübrə istehsalı həyata keçiriləcək. Layihə iki mərhələdə icra olunacaq. Birinci mərhələnin investisiya dəyəri 27 milyon manat təşkil edəcək.İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu layihədə 30 faiz paya malikdir. “İsveç və Türkiyə texnologiyaları əsasında qurulacaq müəssisədə əsas xammal kimi Göygöl rayonunun “Çaykənd” yatağından çıxarılan yüksək keyfiyyətli bazaltdan istifadə olunacaq. Layihənin birinci mərhələsində 200 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.Layihənin ikinci mərhələsində bazalt əsasında yüksək texnoloji innovativ məhsulların - bazalt lifi, filamen (3D printer üçün xammal) və digər sənaye materiallarının istehsalı həyata keçiriləcək. Bu, layihəyə əlavə strateji dəyər qatmaqla yanaşı, ölkədə müdafiə, tikinti və yüksək texnologiyalar sektorlarının müasir və davamlı məhsullarla təmin olunmasına töhfə verəcək. Layihənin ikinci mərhələsi çərçivəsində 300 nəfərin işlə təmin olunması nəzərdə tutulub”.

Zavodda istehsal olunan məhsullar həm daxili tələbatı ödəyəcək, həm də xarici bazarlara ixrac olunacaq.

Qeyd edək ki, avqustun 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində “Azerbazalt” MMC-nin bazalt məhsullarının istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak ediblər.

Gəncədə
Seçilən
7
6
apa.az

10Mənbələr