AZ

İtaliyada iki qatar toqquşub

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Roma, 20 avqust, AZƏRTAC

İtaliyanın Trento bölgəsində iki qatar toqquşub.

AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində bir vaqon relsdən çıxıb, iki nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə mülki müdafiə qüvvələri cəlb olunub. Brenner-Trento xəttində qatarların hərəkəti dayandırılıb.

Ölkənin dəmiryol polisi və texniki işçilər qəza ilə bağlı araşdırma aparır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
azertag.az

1Mənbələr