AZ

Albaniya ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 avqust, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və müxtəlif idman növlərinin inkişafına dair məsələlər müzakirə olunub. Həmçinin, beynəlxalq yarışların təşkili, əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə də iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
11
azertag.az

10Mənbələr