AZ

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

Bakı.Trend:

Avqustun 23-24 tarixlərində Kənd Təsərrüfatı Nazirliyinintabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nintəşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkasıkeçiriləcək.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ənənəvi olaraq təşkil olunan bu yarmarka həmyerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm dəşəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasınıhədəfləyir. Tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20regiondan 35-ə yaxın fermer iştirak edəcək. Fermerlər 100-ə yaxınçeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinəbirbaşa təqdim edəcəklər.

Qeyd olunub ki, məhsulların təhlükəsizliyinə və keyfiyyətinəAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansısualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar QidaLaboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirəbiləcəklər.

“Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanovrayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metrostansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər vədigər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur”-məlumatdabildirilib.

Seçilən
124
34
az.trend.az

10Mənbələr